Heydər Əsədov rektor vəzifəsindən azad olundu

15:26 23.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad edilib.

Hafta.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Heydər Əsədov VII çağırış Milli Məclisin deputatı seçilib.